🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:55   •   🌡️ Bakı

6,2 tondan çox narkotik müsadirə olunub – dəyəri 187 milyon manatdan artıqdır

Odlar.media xəbər verir ki, 2026-cı ilin ilk 7 ayı ərzində Azərbaycanda qanunsuz dövriyyədən ümumilikdə 6 ton 223 kiloqram 519,057 qram narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında bildirilib.
Məlumata görə, müsadirə edilərək qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr və psixotrop maddələrin ümumi dəyəri 187 milyon 200 min manat olaraq qiymətləndirilib.
Komissiyanın məlumatında qeyd olunur ki, ilin 7 ayı ərzində həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.