Odlar.media xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda pensiya ödənişlərinə 4 milyard 568 milyon manat vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 426 milyon manat çoxdur.
Bildirilib ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.
1 avqust 2026-cı il tarixinə pensiyaların orta aylıq məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 595 manata çatıb. Yaşa görə orta aylıq pensiyanın məbləği isə 633 manat təşkil edib.
Nazirliyin məlumatına əsasən, yanvar-iyul aylarında 25 min pensiya təyinatı həyata keçirilib. Elektron pensiya təyinatına başlanıldığı 2019-cu ilin əvvəlindən etibarən isə ümumilikdə 203 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
