🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 05:31   •   🌡️ Bakı

İmişlidə 10 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Odlar.media xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 40 yaşlı X. Nurməmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, saxlanılan şəxsin üzərindən və ona məxsus əşyalar arasından ümumilikdə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. X. Nurməmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırma davam etdirilir.