🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:09   •   🌡️ Bakı

Yasamalın bəzi ərazilərində elektrik enerjisi müvəqqəti dayandırılacaq

Odlar.media xəbər verir ki, bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq, saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Məmməd Rəhim, Landau və Qurban Xəlilov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.
Qeyd olunub ki, işlər başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması gözlənilir.