🌐 Keçmişin izi, gələcəyin sözü
26 Avqust 2026, saat 07:24   •   🌡️ Bakı

Neftin qiyməti açıqlanıb

Odlar.media xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin 2026-cı ilin oktyabr ayında ixracına dair fyuçers müqaviləsinin qiyməti 0,02% azalaraq 1 barel üçün 87,05 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun “NYMEX” əmtəə birjasında isə 2026-cı ilin sentyabr ayında ixrac ediləcək “WTI” markalı neftin bir barelinin qiyməti 0,09% artaraq 81,32 ABŞ dollarına yüksəlib.
Qeyd edək ki, neft bazarında qiymətlər son günlər geosiyasi risklər və qlobal tələbatla bağlı proqnozların təsiri altında dəyişkənlik nümayiş etdirir.