🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:10   •   🌡️ Bakı

Xankəndiyə daha 22 ailə köçürüldü – 102 nəfər doğma yurda qayıtdı

Odlar.media xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində köç prosesi davam etdirilir.
Bu mərhələdə Xankəndi şəhərinə 22 ailə, ümumilikdə 102 nəfər köçürülüb.
Doğma yurda qayıdan ailələr indiyədək Azərbaycanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
Xankəndiyə yerləşdirilən sakinlər onlara göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Sakinlər, həmçinin torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşən Azərbaycan Ordusunun hərbçilərinə, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.