Odlar.media xəbər verir ki, ABŞ-nin Tennessi, Alabama və Oklahoma ştatlarında üç məhbus barəsində çıxarılmış ölüm hökmünün bu gün – avqustun 13-də icra edilməsi planlaşdırılır.
Associated Press-in məlumatına görə, bu, ABŞ-də təxminən 16 ildən sonra üç fərqli ştatda ölüm hökmünün eyni gündə icra ediləcəyi ilk hal olacaq. Sonuncu dəfə 7 yanvar 2010-cu ildə Luiziana, Ohayo və Texas ştatlarında üç məhbus eyni gündə edam edilib.
Tennessi ştatında 66 yaşlı Entoni Darrell Hines, Alabamada 42 yaşlı Ceremi Uilyams, Oklahomada isə 70 yaşlı Karlos Kuesta-Rodriqes barəsində çıxarılmış ölüm hökmlərinin ölümcül iynə yolu ilə icrası nəzərdə tutulur.
Məlumata görə, Tennessidə Hinesin edamı ilə bağlı xüsusi narahatlıq var. Buna səbəb üç ay əvvəl başqa bir məhbusun ölümcül iynə ilə edam cəhdinin venaya damar yolu yerləşdirilə bilmədiyi üçün dayandırılmasıdır.
ABŞ-də ölüm hökmünün icrası son illərdə yenidən artıb. 2025-ci ildə ölkənin 11 ştatında ümumilikdə 47 nəfər edam edilib ki, bu da 2009-cu ildən bəri ən yüksək illik göstəricidir.
