🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:54   •   🌡️ Bakı

Bir ilin uğur yolu: Dəyərli ziyalılarımızdan Odlar.media saytına təbrik və xoş sözlər

 

Odlar.media xəbər verir ki, bu gün Odlar.media informasiya portalının fəaliyyətə başlamasının bir ili tamam olur.
Ötən bir il ərzində obyektiv, operativ və peşəkar jurnalistika prinsiplərinə sadiq qalaraq oxucularımızın etimadını doğrultmağa və cəmiyyətin informasiya ehtiyacını operativ şəkildə qarşılamağa çalışmışıq.
Saytımızın birinci ildönümü münasibətilə Azərbaycanın tanınmış ziyalıları, elm, mədəniyyət və ictimaiyyət nümayəndələri Odlar.media barədə səmimi fikirlərini, xoş sözlərini və təbriklərini bölüşüblər.
Həmin dəyərli təbrikləri və xoş arzuları oxucularımıza təqdim edirik. Bizə göstərilən etimada və səmimi münasibətə görə bütün ziyalılarımıza dərin minnətdarlığımızı bildirir, bundan sonra da obyektiv, peşəkar və məsuliyyətli media fəaliyyəti ilə oxucularımıza xidmət etmək əzmində olduğumuzu bir daha vurğulayırıq.

 

Hacı Miralim Mirsultanov

 

 

Əziz Fuad, dəyərli oğlum!
Bəzən bir yaş sadəcə təqvimdə tamamlanan 365 gün deyil. Bəzən bir yaş — bir ideyanın sınaqdan çıxması, bir arzunun gerçəyə çevrilməsi, gecələrin səhərə, zəhmətin nəticəyə, inamın isə uğura çevrildiyi bir yolun ilk dayanacağıdır.
Odlar.media-nın bir yaşı münasibətilə sizi və yaratdığınız bu media platformasının bütün kollektivini ürəkdən təbrik edirəm!
Media dünyasında yeni bir səhifə açmaq asan deyil. Xüsusilə də informasiya axınının saniyələr içində dəyişdiyi, insanların hər gün yüzlərlə xəbərlə qarşılaşdığı bir dövrdə öz sözünü demək, öz üslubunu yaratmaq və oxucunun etimadını qazanmaq böyük məsuliyyət tələb edir.
Siz isə bu yola yalnız bir sayt yaratmaq niyyəti ilə çıxmadınız. Odlar.media adı özündə bir məna daşıyır — od kimi isti, işıq kimi aydın, söz kimi kəsərli olmaq.
Məncə, yaxşı media yalnız xəbəri çatdıran media deyil. Yaxşı media zamanın yaddaşını yaradan, baş verənləri gələcək üçün qoruyan, cəmiyyətin səsini eşidən və bəzən də eşidilməyən səslərə yol açan mediadır.
Bu baxımdan Odlar.media-nın ilk ili mənim üçün sadəcə yubiley deyil, böyük bir yolun başlanğıcıdır.
Fuad bəy, sizin fəaliyyətinizdə ən çox diqqət çəkən məqamlardan biri də odur ki, gördüyünüz işə yalnız peşə kimi deyil, məsuliyyət kimi yanaşırsınız. Bu gün informasiya məkanında belə insanların olması olduqca vacibdir. Çünki jurnalistika yalnız yazmaq deyil — doğrunu seçmək, məsuliyyəti daşımaq və sözün çəkisini bilməkdir.
Arzu edirəm ki, Odlar.media qarşıdakı illərdə yalnız Azərbaycanın deyil, bütün dünyanın Azərbaycan haqqında oxuduğu, eşitdiyi və izlədiyi media ünvanlarından birinə çevrilsin.
Qoy bu gün bir yaşını qeyd edən Odlar.media sabah 10, 20, 30 illik yubileylərini qeyd etsin. Qoy illər keçdikcə bu gün yazılan xəbərlər Azərbaycanın media tarixinin səhifələrinə çevrilsin və bir gün geriyə baxanda deyəsiniz:
“Biz bir vaxtlar bir yaşını qeyd etdiyimiz həmin platformanı böyük bir media məktəbinə çevirdik.”
İnanıram ki, qarşıda daha böyük layihələr, daha geniş auditoriya, daha böyük uğurlar və daha çox oxucu var.
Qoy Odlar.media-nın “odu” heç vaxt sönməsin.
Qoy bu od hər zaman həqiqətin işığını yandırsın.
Qoy bu işıq Azərbaycanın hüdudlarından kənara yayılsın.
Qoy hər yeni səhər Odlar.media üçün yeni bir uğurun başlanğıcı olsun.
Birinci il münasibətilə sizə ən böyük arzum budur:
Bu gün bir saytın birinci ildönümünü qeyd edirsiniz. Sabah isə bir media brendinin tarix yazdığı günləri qeyd edəsiniz.
Sizə möhkəm iradə, tükənməz yaradıcılıq enerjisi, peşəkar fəaliyyətinizdə yeni zirvələr, Odlar.media kollektivinə birlik və bol-bol uğurlar arzulayıram.
Bir yaşın mübarək, Odlar.media!
Qoy ilk yaşın sevincini qarşıdakı illərin böyük uğurları əvəz etsin.
Qoy bu yolun hər addımı yeni bir qələbəyə, hər xəbəri yeni bir uğura, hər uğuru isə daha böyük bir zirvəyə aparsın.
Sözünüz kəsərli, yolunuz açıq, qələminiz iti, Odunuz daim alovlu olsun!

 

 

 

Yazıçı, jurnalist, Əməkdar jurnalist Zemfira Məhərrəmli

 

 

Doğum gününü qeyd etmək həmişə sevinc,fərəh hissi doğurur.Mətbuat aləminə inamla qədəm qoymuş, bugünlərdə 1 yaşını qeyd edən Odlar.media saytını ərsəyə gətirmiş gənc və istedadlı həmkarımız,yorulmadan çalışan qələm dostumuz Fuad Biləsuvarlının sevincinə qoşulur, onu səmimi qəlbdən təbrik edirəm.
Odlar.media saytı fəaliyyətə başladığı qısa zaman kəsiyində
yaddaqalan ilklərə imza atıb,ən başlıcası mədəniyyətimizin, teatr sənətimizın, ədəbiyyatımızın təbliğatçısı olub.
Saytın yaradıcı heyətinə gerçəyi yazmaq və çatdırmaq missiyasının həyata keçməsində başarılar diləyirəm.

 

Əməkdar incəsənət xadimi, Azərbaycan Televiziyasının sənətkarı Mehriban xanım Ələkbərzadə də Odlar.media TV-nin 1 illik yubileyi münasibətilə kollektivimizi təbrik etdi

 

 

Siyasətçi, ictimai-siyasi xadim,Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı, ədəbiyyatşünas, alim Elnarə Akimova 

Odlar.media informasiya portalını fəaliyyətinin 1 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Bir il ərzində operativliyi, obyektivliyi və peşəkar yanaşması ilə media məkanında özünəməxsus yer tutan Odlar.media cəmiyyətin düzgün məlumatlandırılması istiqamətində mühüm fəaliyyət göstərərək oxucuların etimadını qazanmağı bacarıb. Bu uğur ilk növbədə kollektivin əməyi, məsuliyyəti və jurnalistika prinsiplərinə sadiqliyinin nəticəsidir.
İnanıram ki, Odlar.media bundan sonra da milli maraqları, söz və fikir azadlığını, peşəkar media dəyərlərini əsas tutaraq daha böyük nailiyyətlərə imza atacaq, informasiya məkanımızın inkişafına sanballı töhfələr verməyə davam edəcək. Bütün yaradıcı heyətə möhkəm cansağlığı, tükənməz enerji, yeni uğurlar və bol oxucu sevgisi arzulayıram. 1 yaşınız mübarək!

 

Hacı Əlifağa

 

 

 

Çox hörmətli, dəyərli dostum Fuad müəllim. Zəhmətinizin bəhrəsi olan Odlar.media saytınız bir yaşını tamamlayır. Bir il ərzində göstərdiyiniz əzm, peşəkarlıq və fədakarlıq təqdirə laiqdir. Sizə yeni-yeni uğurlar, daha böyük layihələr və daim yüksəliş arzulayıram. Yolunuz həmişə açıq, qələminiz iti olsun. Allah-Təala zəhmətinizi bərəkətli etsin. İşlərinizdə xeyir və müvəffəqiyyət nəsib etsin. Amin.

 

Hacı Mirsahib Mirtahazadə

 

 

Vaalaykumassalam varahmatullahi vabarakateh. Odlar.media saytının fəaliyyətə başlamasının bir illiyi münasibətilə saytın təsisçisi və baş redaktoru Fuad müəllimi təbrik edirəm və gələcək əmək fəaliyyətində uğurlar arzulayıram.
ALLAH “Odlar.media”- saytına bərəkət versin , gələcək günlərinizi xeyirli eləsin.

 

Telejurnalist Kamran Həsənli

 

 

Fuad bəy, Odlar.media-nı təbrik eləyirəm. Bir yaş münasibətilə Sizin sayta uğurlar arzulayıram.
Güman edirəm ki, uğurlu da olacaq. Çünki başında da Fuad Biləsuvarlı var, dostumuz var, istedadlı bir insan var. Adı Odlar.mediadı. Elə od kimi də işıq saçmağı, alovlu olmağı arzulayıram.
Təbrik edirəm. Bir yaşınız mübarək!

 

Hacı Mirhənifə Mirsultanov

Stomatoloq

Bir yaş… Bəzən təqvimdə sadəcə bir rəqəmdir. Amma bir media platforması üçün bir il — yüzlərlə xəbər, minlərlə söz, saysız-hesabsız oxucu və ən əsası, etibar qazanmaq üçün atılan yüzlərlə addım deməkdir.
Bu gün Odlar.media-nın bir yaşı tamam olur. Mən, Hacı Mirhənifə Mirsultanov, bu əlamətdar gün münasibətilə saytın rəhbərliyini və bütün kollektivini ürəkdən təbrik edirəm.
Həkim olaraq bilirəm ki, insanın sağlamlığı üçün dəqiq diaqnoz nə qədər vacibdirsə, cəmiyyətin sağlam düşüncəsi üçün də dəqiq və obyektiv informasiya bir o qədər önəmlidir. Odlar.media-nın fəaliyyətini məhz bu baxımdan dəyərli hesab edirəm.
Arzum budur ki, Odlar.media hər yeni yaşında yalnız böyüməsin, həm də daha güvənilən, daha prinsipial və daha nüfuzlu informasiya platformasına çevrilsin.
Qoy Odlar.media-nın adı kimi, sözü də daim od kimi isti, işığı kimi aydın olsun!
Bir yaşın mübarək, Odlar.media!
Arzu edirəm ki, bu birinci il Odlar.media-nın qarşıdakı uzun və uğurlu yolunun yalnız başlanğıcı olsun.”

 

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabının baş redaktoru Nəzakət Məmmədova:

 

 

Odlar.media saytın 1 yaşı münasibətilə , saytın rəhbəri Fuad Biləsuvarlını ürəkdən təbrik edirəm.
Uzun illərdir tanıdığım bu yaradıcı insan öz gərgin əməyi və zəhməti sayəsində jurnalistikamıza böyük töhfələr vermişdir.
Fuad həmçinin mətbuatda tez – tez görünən yazıları ilə , müsahibələri ilə fərqlənən jurnalistlərdəndir.
Rəhbəri olduğunuz Odlar.media saytının fəaliyyətinə uzun – uzun illər arzulayıram!

 

BDU-nin müəlliməsi Aydan Xəndan

 

Salam. Təbrik edirəm Fuad bəy! Sizə uğurlar arzulayıram. Azərbaycan mədəniyyətinə misilsiz xidmətləri olan xadimlərimizin həyat və yaradıcılıq yolunu hər zaman işıqlandırmanız böyük əhəmiyyət daşıyır. Dünyadan köçən dəyərli alim və incəsənət xadimlərimizi yad edərək, onları yaşadır, gənc nəslimizə tanıdırsız. Maraqlı yazılarınızın oxucularının daha da çoxalmasını arzulayıram sizə.

 

Jurnalist Fəridə Aslanova

Əziz Fuad Biləsuvarlı!
Bu gün rəhbərlik etdiyiniz “Odlar.media” informasiya portalının fəaliyyətə başlamasının 1 ili tamam olur. Bu əlamətdar gün münasibətilə sizi ürəkdən təbrik edir, qısa müddətdə göstərdiyiniz əzmə, zəhmətə, peşəkarlığa və fədakar fəaliyyətinizə görə sizə dərin təşəkkürümü bildirirəm.
Bir il ərzində “Odlar.media” operativliyi, obyektivliyi və peşəkar xəbərçilik prinsipləri ilə oxucuların etimadını qazanmağı bacarıb. Əminəm ki, qarşıdakı illərdə də bu uğurlar daha da artacaq, rəhbərliyiniz altında media orqanı yeni nailiyyətlərə imza atacaq, informasiya məkanındakı mövqeyini daha da möhkəmləndirəcək və geniş oxucu auditoriyasının rəğbətini qazanmağa davam edəcək.
Sizə möhkəm cansağlığı, tükənməz enerji, yaradıcılıq uğurları, kollektivinizə isə davamlı inkişaf və yeni zirvələr arzulayıram. Qoy hər yeni il “Odlar.media” üçün yeni uğurların, daha böyük nailiyyətlərin və daha geniş oxucu sevgisinin başlanğıcı olsun.
“Odlar.media”nın ilk yaşı mübarək! Yolunuz daim açıq, uğurlarınız bol olsun!

 

Müğənni Lalə Dadaşova: “Odlar.media”nın uğurlarının davamlı olmasını arzulayıram

 

Müğənni Lalə Dadaşova “Odlar.media” informasiya portalının fəaliyyətə başlamasının bir ili tamam olması münasibətilə baş redaktor Fuad Biləsuvarlını və portalın kollektivini təbrik edib.

Təbrikində o, “Odlar.media”nın gələcək fəaliyyətinə uğurlar arzulayaraq bildirib:

“Əziz Fuad Biləsuvarlı, sizi və rəhbərlik etdiyiniz “Odlar.media” kollektivini fəaliyyətinizin ilk ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Arzum budur ki, bu gün qeyd etdiyiniz 1 yaş gələcəkdə 101 illik şərəfli və uğurlu tarixə çevrilsin.
Cəmiyyətimizin sizin kimi ziyalı, savadlı, peşəkar və sözün məsuliyyətini dərk edən jurnalistlərə hər zaman ehtiyacı var. İnanıram ki, bundan sonra da qələminizlə həqiqətə xidmət edəcək, dəyərli yazılarınız və operativ xəbərlərinizlə oxucularınızı sevindirəcəksiniz.
Sizə möhkəm cansağlığı, tükənməz enerji, yaradıcılıq uğurları və yeni nailiyyətlər arzulayıram. Qoy “Odlar.media” daim inkişaf etsin, oxucularınızın sevgisini qazansın və sizi istəməyənlər hər zaman uğurlarınız qarşısında aciz qalsınlar.
İlk yaşınız mübarək olsun! Yolunuz daim açıq, uğurlarınız bol olsun!”

 

Yazıçı, jurnalist Günel Natiq

 

 

Bəzən bir il kifayət edir ki, görülən işlər illərin dəyərini qazansın. Odlar.media belə bir yol keçib.
Bu platforma təkcə xəbər və informasiya məkanı deyil, həm də klassik irsimizi yaşadan, milli-mənəvi dəyərlərimizi qoruyan, Azərbaycan ədəbiyyatını və sənətini sevdirən bir mədəniyyət körpüsüdür.
Bu uğurun arxasında dayanan zəhmətə, xüsusilə də yorulmadan çalışan Fuada təşəkkür düşür. Çünki davamlı əmək həmişə öz nəticəsini verir.
Odlar Media-nın bir yaşı mübarək! Qarşıdakı illərin daha böyük uğurlar, daha geniş auditoriya və daha parlaq layihələrlə yadda qalmasını arzulayıram.

 

Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Gültəkin Novruzova

 

Salam. Odlar.media öz 1 yaşını qeyd edir. Bu bir ildə çox geniş oxucu kütləsi toplayıb bu da təsadüfi deyil. Bu saytda oxuduqlarımız öz kreativliyi ilə həmişə maraq doğurub. Hər zaman aktual mövzularla qarşımıza çıxan, bizə dünyada və ölkəmizdə baş verən ən son xəbərləri çatdıran, incəsənətə, mədəniyyətə və elmə verilən qiymətlə bir sənətkar övladı kimi bizləri sevindirən, yüksək səviyyədə peşəkarlığı ilə seçilən kollektivi xüsusilə Fuad qardaşımı təbrik edirəm. Sizə uğurlar və Odlar.media saytına uzunmüddətli fəaliyyət arzulayıram.

 

Şairə Şahnaz Şahin

 

Ən çətini başlamaqdır deyirlər, amma başladığını davam etmək daha məsuliyyətli, həm də çətindir. Fuad Biləsuvarlı Odlar.media saytını yaratmaqla bu məsuliyyəti çiyninə aldı. Bu gün deyə bilərəm ki, çoxsaylı media saytları içərisində onun özünə məxsus yeri vardır. Oxucu ən isti xəbər və yenilikləri məhz burada izləyə bilər. Odlar.media həm də ədəbiyyat yeniliklərini vaxtında və dürüst çatdırır. Yeni ədəbi nümunələr saytda xüsusi maraq doğurur. Fuada bundan sonra da yaradıcılıq uğurları arzulayıram, həmişə diqqətli və məsuliyyətli olsun.

 

Bir yaşın mübarək, Odlar.media!

Şəmsiyyə Kərimova,
Əməkdar jurnalist

 

İnformasiya bolluğunun yaşandığı bir dövrdə xəbər yaymaq çətin deyil. Əsl çətin olan isə oxucunun etimadını qazanmaq, onu hər gün eyni ünvana qaytarmaqdır. Təəssüf ki, bu gün saysız-hesabsız media resursları fəaliyyət göstərsə də, onların bir qismi eyni xəbərləri fərqli başlıqlarla təqdim etməklə kifayətlənir. Belə bir mühitdə fərqlənmək, öz dəst-xəttini formalaşdırmaq və oxucunun rəğbətini qazanmaq böyük zəhmət, məsuliyyət və peşəkarlıq tələb edir.
Bu gün ilk yaşını qeyd edən Odlar.media qısa ömrünə baxmayaraq sübut etdi ki, uğurun sirri təkcə xəbər verməkdə deyil, həqiqətə sadiq qalmaqda, obyektiv mövqe nümayiş etdirməkdə və oxucuya hörmətlə yanaşmaqdadır. Bir il ərzində operativliyi, qərəzsiz mövqeyi və cəmiyyət üçün əhəmiyyət kəsb edən mövzulara həssas yanaşması ilə özünə layiqli oxucu auditoriyası qazana bildi.
Bir yaş bəlkə də təqvim üçün kiçik rəqəmdir. Ancaq media aləmində bu bir il ərzində qazanılan etibar, formalaşan nüfuz və oxucu sevgisi böyük dəyərdir. Möhkəm bünövrə üzərində qurulan hər bir yol gələcəkdə daha böyük uğurların başlanğıcı olur.
Əminik ki, bu günün səmimi sevincini yaşayan Odlar.media sabah daha böyük uğurların müəllifi olacaq. Bu kövrək ilk addımlar zaman keçdikcə inamlı addımlara çevriləcək, adı etibarlı medianın sırasında daha möhkəm yer alacaq. Çünki həqiqətə söykənən sözün yolu həmişə açıq olur.
İlk yaşınız mübarək, Odlar.media!
Qələminiz həmişə həqiqətin işığında yazsın, sözünüz cəmiyyətə fayda gətirsin, yolunuz daim uğurlarla işıqlansın. Oxucularınızın sevgisi, etimadı və dəstəyi sizə yeni zirvələr fəth etmək üçün ən böyük stimul olsun.
Arzu edirəm ki, hər yeni yaşınız daha böyük nailiyyətlərin, daha geniş oxucu auditoriyasının və daha möhkəm nüfuzun müjdəçisi olsun.
Uğurlarınız bol, yolunuz açıq olsun!

05.08.2026 Bakı

 

Jurnalist İbrahim Nəbioğlu

 

 

“Odlar.media”nın fəaliyyətə başlamasının bir ili tamam olması münasibətilə sizi ürəkdən təbrik edirəm. Saytınıza bundan sonrakı fəaliyyətinizdə uğurlar, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıram.
Dünyada, bəlkə də, ən çox saytın fəaliyyət göstərdiyi ölkələrdən biri Azərbaycandır. Bu qədər çox informasiya resursunun içərisində öz sözünü demək, oxucunun diqqətini və etimadını qazanmaq heç də asan deyil. Əminəm ki, “Odlar.media” bu media məkanında özünəməxsus yeri olan və ən yaxşı saytlardan birinə çevriləcək informasiya platformalarındandır.
Saytın fəaliyyətində milli dəyərlərə, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, tarixinə və söz sənətinə göstərilən diqqət xüsusi əhəmiyyət daşıyır. İnanıram ki, bu istiqamətdə gördüyünüz işlər bundan sonra da davam edəcək və “Odlar.media” daha böyük oxucu auditoriyasına sahib olacaq.
Saytınızın ömrü uzun, yolu açıq, sözünüz daim kəsərli olsun. Oxucunuz bol, izləyiciniz çox, uğurlarınız davamlı olsun!
Bir daha yubileyinizi təbrik edir, “Odlar.media”nın yaradıcı kollektivinə və rəhbəri Fuad Biləsuvarlıya yeni-yeni uğurlar arzulayıram.

 

Yazıçı, jurnalist, ssenarist, 1001info.az saytının rəhbəri Kəmalə Mirzəyeva

 

Media məkanında bir il elə də uzun zaman deyil. Amma bu bir ildə öz sözünü deməyi, öz üslubunu formalaşdırmağı bacaran media platforması üçün bir il böyük başlanğıcdır.
Odlar.media fəaliyyətində ədəbiyyata, mədəniyyətə, sənətə, ziyalı sözünə və ictimai mövzulara verdiyi önəmlə seçilir. Ən əsası isə yalnız xəbər çatdırmaqla kifayətlənmir, sözə və yaddaşa xidmət etməyə çalışır.
Bu uğurlu başlanğıcda saytın təsisçisi və baş redaktoru, istedadlı, çalışqan və yaradıcı dostumuz Fuad Biləsuvarlının əməyini xüsusi qeyd etmək istəyirəm. Belə bir media platformasını yaratmaq və yaşatmaq böyük zəhmət, məsuliyyət və sözə sevgi tələb edir.
Odlar.media-nın bir yaşı münasibətilə bütün kollektivi və əziz dostumuz Fuad Biləsuvarlını ürəkdən təbrik edirəm!
Qoy Odlar.media-nın odu daim yansın, sözü daim eşidilsin, yolu həmişə açıq olsun! Fuada isə yeni yaradıcılıq uğurları, böyük layihələr və daha neçə-neçə uğurlu illər arzulayıram.

 

Stopnarkotik.az saytının rəhbəri Ülviyyə Şükürova

 

Gənc şair Fuad Biləsuvarlının rəhbəri olduğu “Odlar.media” media resursu baxımlığılığı, dizaynı, xəbər kontentinin zənginliyi ilə diqqəti cəlb edir. Elə saytın təqdimat yazısında deyildiyi kimi görünür ki, “Odlar.media” “Ruhla yazılan media platforması”dır. İnanırıq ki, bu media rersursu daha çox tanınacaq, ətrafına daha çox izləyici toplayacaq. “Odlar.media” rmedia resursuna daha çox uğurlar arzu edirik. Düşünürük ki, Azərbaycanın media platformalarının içində öz dəsti-xətti və öz yeri olan sayt olacaq, öz sözünü deyəcək. Uğurlar Odlar.media!

 

Jurnalist Ramilə Qurbanlı

 

 

Bir yaşınız münasibətilə hər birinizi ürəkdən təbrik edirəm!
Bir il bəzən sadəcə təqvimdəki zaman ölçüsü kimi görünə bilər. Amma bu bir ilin arxasında böyük zəhmət, məsuliyyət, peşəkarlıq və gecə-gündüz demədən görülən iş dayanır. Siz bu qısa müddətdə öz sözünüzü deməyi, oxucu etimadını qazanmağı və media məkanında layiqli yer tutmağı bacardınız.
İnanıram ki, bundan sonra da həqiqətin, obyektivliyin və peşəkar jurnalistikanın keşiyində dayanacaq, cəmiyyətə doğru və operativ informasiya çatdırmaq missiyanızı uğurla davam etdirəcəksiniz.
Arzum budur ki, Odlar.media-nın hər yeni yaşı yeni uğurlar, yeni zirvələr və daha geniş oxucu auditoriyası ilə yadda qalsın. Qələminiz iti, sözünüz sanballı, yolunuz isə daim işıqlı olsun.
1 yaşınız mübarək! 1 yaşınız 100 olsun, yolunuz uğurlu, amalınız isə həmişə düz olsun!

 

Əməkdar jurnalist Əhməd Əsgərdən “Odlar.media”nın bir illiyi münasibətilə təbrik

“Odlar.media” saytının fəaliyyətə başlamasının bir ili tamam olur. Cəmi bir yaşı olsa da, sayt bu qısa müddətdə müstəqil media kimi öz ayaqları üzərində dayanmağı bacardı.
“Odlar.media” yarandığı ilk gündən öz mövqeyini bəyan etdi: Azərbaycana xidmət etmək, onun tarixinin, mədəniyyətinin, ədəbiyyatının və mənəvi sərvətlərinin keşiyində dayanmaq.
“Odlar.media” bu günlə yaşadı, ancaq keçmişimizi də unutmadı. Diqqət yetirsəniz, onun səhifələrində keçmişlə gələcəyin əl-ələ verərək qürurla addımladığının şahidi olarsınız. Saytın səhifələrində ədəbiyyatımızda baş verən yeniliklərlə yanaşı, ömrünü-gününü sənətə və sözə həsr etmiş, lakin zaman keçdikcə unudulmaq təhlükəsi ilə üz-üzə qalan sənətkarlarımız, söz ustalarımız haqqında gözəl və səmimi yazılara da rast gəlirik.
“Odlar.media”nı ayaqda saxlayan əsas məqamlardan biri də məhz sözə və sənətə olan bu bağlılıq, sevgi və məhəbbətdir. İnanıram ki, “Odlar.media”nın bu zəhməti, sözə və sənətə olan sevgisi zamanla onun özünə də böyük hörmət və rəğbət qazandıracaq.
Saytın yaradıcısı, zəhmətkeş insan, vətənpərvər jurnalist, gözəl şair Fuad Biləsuvarlını və onun həmkarlarını səmimi-qəlbdən təbrik edir, onlara bundan sonrakı xeyirxah və yaradıcı fəaliyyətlərində yeni-yeni, bitib-tükənməyən uğurlar arzulayıram.

 

Kərbəlayi Mirsütun Şammədov

 

 

Əziz Fuad qardaşım!
Şükürlər olsun Uca Allaha ki, Səni zəhmətin, əzmin, biliyin və fədakarlığın sayəsində bu gözəl məqama çatdırıb. Bu gün Sənin üçün olduğu qədər, Səni sevən, əməyinə hörmət edən insanlar üçün də əlamətdar gündür.
Odlar.media saytının bir yaşı tamam olur. Bu münasibətlə Səni ürəkdən təbrik edir, bu dəyərli işində Sənə daim uğurlar arzulayıram!
Arzu edirəm ki, Odlar.media bundan sonra da Azərbaycanımızın, xalqımızın və cəmiyyətimizin xeyrinə xidmət edən, insanlara doğru, faydalı və dəyərli məlumatlar çatdıran nüfuzlu bir media platforması kimi daha da inkişaf etsin. Qoy bu saytın hər yeni günü yeni uğurlara, hər yeni yazısı xeyirli işlərə, hər addımı isə Vətənimizə və millətimizə faydaya vəsilə olsun.
Əziz Fuad qardaşım, Allah Səni bu yolda qorusun, hifz eləsin, başını daim uca etsin. Allah zehninə aydınlıq, elminə və biliyinə bərəkət, qələminə güc, gördüyün işlərə xeyir-bərəkət versin.
Qoy çəkdiyin zəhmət heç vaxt yerdə qalmasın. Qoy gördüyün hər iş Sənə yeni qapılar açsın, qarşına gözəl və dəyərli insanlar çıxarsın. Allah Sənə uzun ömür, möhkəm can sağlığı, ailənə əmin-amanlıq, fəaliyyətinə isə davamlı uğurlar nəsib etsin.
İnşallah, Odlar.media-nın bir yaşı sonuncu deyil, daha böyük uğurlarla dolu uzun bir yolun ilk ildönümü olsun. Qarşıda neçə-neçə yubileyləri, daha böyük nailiyyətləri və gözəl günləri birlikdə qeyd etmək nəsib olsun.
Bir yaşın mübarək, Odlar.media!
Allah yolunu açıq, işini xeyirli, uğurunu bol etsin. Sən də həmişə belə əzmlə, inamla və Vətənə, xalqa fayda vermək arzusu ilə çalışasan.
Sağ ol, var ol, əziz qardaşım! Allah Səni qorusun və hər zaman başını uca etsin.

 

Rəxşəndə İkramqızı

Ulusum.az saytının rəhbəri

 

 

1 illik böyük yolun və qazandığın uğurlar mübarək ay qardaş! Odlar.media sənin zəhmətinin ən gözəl bəhrəsidir. Həmişə irəliyə, daha böyük zirvələrə! 1+99….. axarlı ömrü olsun👍

 

Yazıçı, jurnalist Samirə Əşrəf

 

 

Əvvəla, yaratdığın Odlar.media saytının bir illiyi münasibətilə səni ürəkdən təbrik edir, möhkəm cansağlığı və yeni uğurlar arzulayıram. Arzum budur ki, fəaliyyətin daim davamlı və uğurlu olsun.
Hesab edirəm ki, onlayn məkanda mədəniyyət yönümlü media resurslarının sayı nə qədər çox olsa, bu, mədəniyyətimizin inkişafına və təbliğinə bir o qədər böyük töhfə verər.
Bir il əslində qısa zaman kəsiyi kimi görünə bilər. Amma media və incəsənət sahəsində çalışan insanlar üçün bu, kifayət qədər böyük və məsuliyyətli bir dövrdür. Çünki bu sahə daim dinamika, operativlik və böyük zəhmət tələb edir. Tamaşalar, konsertlər, filmlər və digər mədəniyyət hadisələri fasiləsiz izlənilməli və işıqlandırılmalıdır.
Sən də bu sahədə ən fəal və zəhmətkeş insanlardan birisən. Buna görə ürəkdən arzulayıram ki, Odlar.medianın 10, 20, 30 illik yubileylərini də qeyd edəsən. Saytın daha da inkişaf etsin, peşəkarlığını artıraraq yüksək mövqelərə yüksəlsin, geniş oxucu auditoriyasına sahib olan nüfuzlu və böyük media platformasına çevrilsin.

 

Xalq artisti Yasin Qarayev

 

 

Bir il bəzən bir ömrün təməlin qoyur. Odlar.media bu bir ildə sözə məsulíyyətin, qələmə sədaqətin ve peşəkar jurnalistikanın ünvanına çevrilməyi bacardı. Bir yaşınız mübarək! Qoy, hər yeni yaşınız daha böyük uğurların, daha geniş oxucu sevgisinin və həqiqət zəfərinin müjdəçisi olsun. Yolunuz da Odlar yurdu qədər işıqlı olsun!

 

Əməkdar jurnalist Asya Hacızadə

 

 

Hörmətli Odlar.media saytının kollektivi və onun fədakar təsisçisi, baş redaktoru Fuad Biləsuvarlı!
Sizi Odlar.media saytının fəaliyyətə başlamasının 1 ili münasibətilə ürəkdən təbrik edir, kollektivinizə gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Qısa müddət ərzində Odlar.media peşəkar fəaliyyəti sayəsində geniş oxucu auditoriyasının rəğbətini qazanmağı bacarıb. Sayt ölkədə və dünyada baş verən mühüm hadisələri operativ və obyektiv şəkildə işıqlandırmaqla yanaşı, maraqlı yazıları, analitik məqalələri və peşəkar təqdimatı ilə də seçilir.
İnanıram ki, Odlar.media bundan sonra da media məkanında öz uğurlu yolunu davam etdirəcək, oxucularına etibarlı və dolğun informasiya təqdim etməyi davam etdirəcək.
Bir daha sizi bu əlamətdar gün münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, tükənməz enerji və yeni yaradıcılıq uğurları arzulayıram.

 

Əməkdar jurnalist Əminə Yusifqızı

 

 

Fuad Biləsuvarlı bizim istedadlı, ümidverici gənc jurnalistlərimizdəndir. Mən Fuadı ilk dəfə dəyərli həmkarımız Zemfira Məhərrəmlinin Mətbuat Şurasında keçirilən yubiley tədbirində yaxından tanıdım. Ondan əvvəl isə sosial şəbəkələrdə dərc olunan maraqlı məqalələri və müsahibələri ilə tanış olmuşdum.
Fuadla daha yaxından tanışlığımız isə mənim 75 illik yubileyim ərəfəsində baş tutdu. O, Mətbuat Şurasına gələrək məndən müsahibə aldı. Çox səmimi və yaddaqalan görüşümüz oldu. Fuad məndə çox xoş təəssürat yaratdı. Düzdür, əvvəlcə bəzi sualları xoşuma gəlmədi. Lakin sonradan düşündüm ki, yaxşı ki, həmin sualları verdi. Çünki onlar məni oxuculara daha yaxından tanıda biləcək suallar idi. Müsahibə çox gözəl alınmışdı.
Onu da qeyd edim ki, gənc jurnalist kimi Fuad məndə böyük ümidlər oyatdı. Hesab edirəm ki, o, gələcəkdə barmaqla göstərilən jurnalistlərdən biri olacaq. Eyni zamanda, yaratdığı və rəhbərlik etdiyi Odlar.media saytının da ölkənin sayılıb-seçilən media orqanlarından birinə çevriləcəyinə inanıram.
Əminəm ki, Fuad Biləsuvarlı gələcəyin tanınmış, peşəkar və nüfuzlu jurnalistlərindən biri olacaq.

 

Şair Şakir Xanhüseynli

 

 

Ürəklərimizi isidən Odlar.media saytının fəaliyyətə başlamasının bir ili tamam olur. Bu münasibətlə saytın bütün kollektivini ürəkdən təbrik edirəm.
Qarşıda həyata keçəcək çox arzuların, yeni uğurların və böyük nailiyyətlərin olduğuna inanıram. Saytın rəhbərliyinə və bütün əməkdaşlarına möhkəm can sağlığı, tükənməz yaradıcılıq enerjisi, özünəinam və yeni-yeni uğurlar arzulayıram.
İnanıram ki, Odlar.media bundan sonra da oxucularının etimadını doğruldaraq ölkənin sayılıb-seçilən media orqanlarından biri kimi fəaliyyətini uğurla davam etdirəcək.

 

Könül Həbibqızı – Dünya TV-nin baş aparıcısı

 

 

Salam, dostlar! Hər vaxtınız xeyir olsun!

Odlar.media saytının fəaliyyətə başlamasının bir ili tamam olur. Bir il bəlkə də çox böyük zaman deyil. Necə ki, bir yaşlı uşaq ilk addımlarını atmağa başlayır, Odlar.media da bu bir il ərzində media məkanında öz ilk, amma çox inamlı addımlarını atıb. Sevindirici haldır ki, siz qısa müddətdə böyük uğurlara imza ataraq sürətlə irəliləmisiniz.
Əziz dostum Fuad, Odlar.media saytının təsisçisi və baş redaktoru olaraq sizi xüsusi təbrik edirəm. Sizin olduğunuz yerdə peşəkarlığın, məsuliyyətin və işə sevginin olduğuna inanıram. Uğurlarınız bol olsun, sözünüz kəsərli, qələminiz isə daim iti olsun.
İnanıram ki, gələcəkdə mənimlə də maraqlı bir müsahibə həyata keçirəcəksiniz. Fürsət tapdıqca saytınızda paylaşılan materialları izləyirəm. Yazılarınız və xəbərləriniz həqiqətən maraqlıdır. Əminəm ki, mənim kimi düşünən oxucuların sayı da kifayət qədər çoxdur.
Bir daha bütün kollektivi ürəkdən təbrik edir, Odlar.media saytına daha böyük uğurlar, yeni nailiyyətlər və uzunömürlü fəaliyyət arzulayıram.
Ad gününüz mübarək olsun!

 

BDU-nin müəlliməsi Sevinc Muğannadan Odlar.media və Fuad Biləsuvarlının yaradıcılığına yüksək qiymət

Bakı Dövlət Universitetinin müəlliməsi, ziyalı Sevinc Muğanna Odlar.media xəbər portalının fəaliyyəti və portalın rəhbəri, jurnalist və yaradıcı şəxs Fuad Biləsuvarlı haqqında xoş və səmimi fikirlərini bölüşüb.
Sevinc Muğanna Odlar.media-nın informasiya məkanında özünəməxsus mövqeyinin formalaşmasını, jurnalistikanın müxtəlif istiqamətlərində aparılan işləri və yaradıcı yanaşmanı yüksək qiymətləndirərək, Fuad Biləsuvarlıya bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
BDU müəlliməsi öz ürək sözlərində Fuad Biləsuvarlının zəhmətkeşliyini və istedadını xüsusi vurğulayaraq bildirib:
“Uğurlar diləyirəm. Tanrının işığı daima sizinlə olsun, zəhmətkeş, istedadlı Fuad! Yeni yaradıcılıq uğurlarınız göz qamaşdırsın, sizi sevənlərə həmişə xoş müjdələr verəsiniz!”
Sevinc Muğannanın bu səmimi sözləri təkcə bir təbrik deyil, həm də yaradıcılığa, zəhmətə və görülən işə verilən mənəvi dəyərin ifadəsidir. Xüsusilə elm və təhsil sahəsində çalışan bir ziyalının media fəaliyyətinə və yaradıcılıq əməyinə göstərdiyi diqqət böyük əhəmiyyət daşıyır.
Odlar.media olaraq əsas məqsədimiz cəmiyyətə doğru, operativ və faydalı informasiya çatdırmaqla yanaşı, Azərbaycan mediasında öz dəst-xəttimizi formalaşdırmaq, oxucu etimadını qorumaq və daim inkişaf etməkdir. Bu istiqamətdə görülən işlərə verilən hər bir müsbət qiymət isə bizim üçün əlavə məsuliyyət və motivasiya deməkdir.
Sevinc Muğannanın ünvanladığı xoş sözlərə və yüksək dəyər verdiyi fikirlərə görə təşəkkür edirik. Belə səmimi münasibətlər Odlar.media-nın fəaliyyətini daha böyük əzmlə davam etdirməsinə və yeni yaradıcılıq layihələrinə imza atmasına stimul verir.
Qarşıdakı dövrdə də Odlar.media olaraq informasiya və yaradıcılıq yolunda yeni uğurlara imza atmaq, oxucularımıza daha dolğun, keyfiyyətli və maraqlı materiallar təqdim etmək əsas hədəflərimizdən olacaq.

 

Natiq Qəzənfəroğlu

Bəstəkar, musiqişünas, aranjımançı

 

 

Fuad bəy, zəhmətin, əzmin və istedadınla ərsəyə gətirdiyin hər işdə öz imzanı qoymağı bacarırsan. Bu xüsusiyyətlər insanı məqsədinə aparan ən böyük gücdür.
Odlar.media-nın 1 yaşı münasibətilə səni ürəkdən təbrik edirəm! Bir il qısa zaman kimi görünsə də, bu müddətdə qazandığın uğurlar böyük zəhmətin nəticəsidir.
Arzum budur ki, bu gün Azərbaycanın informasiya məkanında öz sözünü deyən Odlar.media sabah ölkə sərhədlərini aşaraq dünyada tanınan, milyonlarla insanın izlədiyi nüfuzlu media platformasına çevrilsin.
O gün olsun ki, Odlar.media-nın adı dünyanın müxtəlif guşələrindən səslənsin, oxucuları və izləyiciləri gündən-günə artsın. Qarşıdakı illər sənə daha böyük uğurlar, yeni zirvələr və saysız-hesabsız gözəl xəbərlər gətirsin!
1 yaşın mübarək, Odlar.media! Yolun daim açıq, uğurların bol olsun!

 

Orucov Vidadi Ömər oğlu
Pedaqogika üzrə elmlər doktoru, professor

 

 

ODLAR MEDIA – BİR YAŞIN MÜBARƏK!

 

Bir il əvvəl yola çıxan Odlar.media qısa müddət ərzində xəbər, söz, ədəbiyyat və mədəniyyət dünyasında öz dəst-xəttini və ləyaqətli ünvanını formalaşdırmağı bacardı. “Keçmişin izi, gələcəyin sözü” şüarı ilə fəaliyyətə başlayan bu media platforması bir il ərzində yalnız xəbərləri çatdırmaqla kifayətlənmədi. Sözə, sənətə, ədəbiyyata, milli-mənəvi dəyərlərə və Azərbaycan mədəniyyətinə də öz səhifələrində geniş yer verdi.
Bir yaş – yolun başlanğıcıdır. Qarşıda daha böyük uğurlar, daha çox oxucu, daha sanballı yazılar və Azərbaycan mediasına layiqli töhfələr verəcək uzun bir yol var.
Odlar.media-nın təsisçisi və baş redaktoru Fuad Biləsuvarlını, bütün redaksiya heyətini və bu layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsi birinci ildönümü münasibətilə ürəkdən təbrik edirəm!
Qələminiz iti, sözünüz dəyərli, mövqeyiniz möhkəm, yolunuz daim açıq olsun!
Bir yaşın mübarək, Odlar Media! Qoy odun daim gur yansın!

 

Əməkdar artist Nahidə Orucovadan Odlar.media-ya 1 illik yubiley təbriki

 

 

Hər vaxtınız xeyir olsun, əzizlərim!
Bu gün sizin – Odlar.media saytının bir yaşı tamam olur. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Qələminiz həmişə iti, sözünüz doğru və dəqiq olsun!
Düzdür, Mətbuat Günü münasibətilə bütün jurnalistləri və media nümayəndələrini təbrik etmişdim. Amma bu gün sizin üçün xüsusi gündür. Odlar.media-nın bir yaşı tamam olur. Sizə uzun ömür, böyük uğurlar və yaradıcılıq nailiyyətləri arzulayıram.
Həmişə həqiqəti yazmağınızı, dəqiq və obyektiv olmağınızı diləyirəm. Teatrımızı, sənətimizi təbliğ etməyinizi, biz sənətkarları işıqlandırmağınızı arzulayıram.
Siz xüsusilə bizim nəslin aktyorlarının, sənətkarlarının yanında olmusunuz. Gənclər onsuz da özlərini müəyyən qədər işıqlandırırlar. Amma bizim nəslin sənətkarlarının fəaliyyətini diqqətdə saxlamaq, əməyini işıqlandırmaq çox vacibdir. Siz də bu istiqamətdə hər zaman yanımızda olmusunuz.
Sağ olun, var olun! Həmişə yanımızda olun, yanımızdan əskik olmayın. Bizim gördüyümüz işlər artıq göz qabağındadır. Hələ gənc nəslin gördüyü işlər zamanla daha çox görünəcək.
Sizə uğurlar arzulayıram! Nə yaxşı ki, varsınız və nə yaxşı ki, həmişə yanımızdasınız.
Çox sağ olun! Bir daha Odlar.media-nın bir yaşı tamam olması münasibətilə sizi ürəkdən təbrik edirəm!

 

Tibb üzrə fəlsəfə doktoru, həkim Əfqanə Kamranqızı

 

Hörmətli Fuad bəy, siz başda olmaqla bütün Odlar.media kollektivi 1 yaşınızın tamam olması münasibətilə ürəkdən təbrik edirəm. Uzun ömürlü olmağı, daim sevilməyi və adınızın tarixə yazılmasını arzu edirəm🙏❤️🌹🌹🌹

 

Gülyanaq Məmmədova, Azərbaycanın və Özbəkistanın Xalq artisti

 

 

Əzizimiz Fuad Biləsuvarlı, sizin hər zaman yazılarınızı dəstəkləyən bir insan kimi həm şair, həm jurnalist kimi sözlərinizə və qələminizə böyük hörmətim var. Təsisçisi və baş redaktoru olduğunuz Odlar.media saytına da xüsusi hörmətim var. Yazılarınızı saytınızda izləyirəm və sizə uğurlar arzulayıram.
Mən, musiqiçi və xanəndə kimi, sözün gücünə çox önəm verirəm. Musiqidə notlar qədər sözün də dəyəri və insanlara təsiri böyükdür. Fuad Biləsuvarlının sözlərinə dəyər verməsəydim, onun sözlərinə bəstələnmiş “Bəlkə görüşmədik, bəlkə görüşdük” adlı gözəl mahnını ifa etməzdim. Onun sözlərinə bəstələnmiş mahnıları təkcə mən yox, bir çox müğənnilərimiz də oxuyub. Hamımız Fuad Biləsuvarlının qələmini və yaradıcılığını alqışlayırıq.
Onun sayt üçün hazırladığı yazılar hər zaman ürək açandır və gözəldir. Bütün sənət insanları və mədəniyyətimiz haqqında yazdığı reportajları böyük maraqla izləyirik. Fuad qardaşımıza gələcəkdə daha böyük uğurlar arzulayırıq və Odlar.media saytının həmişə izləyicilər tərəfindən sevilməsini, öndə olmasını diləyirik.

 

Almara AĞAQIZI Psixoloq “PRİM – Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru

 

Mən də Əməkdar artist, “Tərəqqi” medallı, gözəl və dəyərli xanım Fərqanə Qasımovanın vasitəsilə daha öncə tanıdığım şair, publisist və jurnalist, öz sözü və mövqeyi olan, zəhmətkeş və fədakar qardaşımız Fuad Biləsuvarlını yaxından tanıdım. Bu günə qədər onunla əməkdaşlıq edirəm və bütün məqalələrimin Odlar.media saytında dərc olunmasına görə ona dərin minnətdarlığımı bildirirəm.
İşində və şəxsi həyatında ona uğurlar arzulayıram. Xətri bizim üçün çox əzizdir. Sayt üçün yazıları diqqətlə hazırlayır, Azərbaycan dilinin qrammatik qaydalarına tam uyğun, ona görə də onun yazıları dolğun və eyni zamanda oxunaqlıdır. Ona həyatda uğurlar, fəaliyyətində nailiyyətlər və irəliləyiş, şəxsi həyatında isə xoşbəxtlik arzulayıram.

 

Politooloq Reyhan Mirzəzadə

 

 

Fuad,sən istedadlı, zəhmətkeş gəncsən.Odlar. Media saytı sənin əməyinlə mütləq ön sıralara qalxacaq.Fəaliyyətində hərtərəfli inkişaf var.Buna çox sevinirəm.Sənə uğurlar diləyirəm.Qoy Tanrının lütfü səndən heç zaman əskik olmasın! Xətrin mənə həmişə əzizdir. Müsahibələrini, yazılarını, şeirlərini maraqla oxuyuram.Kamilləşməyin də məni sevindirir.Həmisə sağlam və xoşbəxt ol!

 

Reşat Kəsəmənli
Şair, aktyor

 

Odlar.media-nın bir yaşı münasibətilə bütün kollektivi və əziz Fuad Biləsuvarlını səmimi-qəlbdən təbrik edirəm.
Bir media platformasının bir yaşa çatması, əslində, sadəcə bir təqvim tarixinin tamamlanması deyil. Bu, oxucunun etimadını qazanmaq, hər gün yenilənmək, doğru xəbərin ardınca getmək və öz auditoriyanı formalaşdırmaq üçün atılan ilk böyük addımdır.
Odlar.media-nı maraqla izləyən biri kimi deyə bilərəm ki, burada doğru, dürüst və operativ informasiyaya xüsusi önəm verilir. Bu isə bugünkü informasiya bolluğunda olduqca vacibdir. Çünki oxucu üçün xəbərin çoxluğu deyil, onun etibarlılığı və vaxtında çatdırılması daha önəmlidir.
İnanıram ki, bu birinci yaş Odlar.media üçün uzun və uğurlu bir yolun başlanğıcıdır. Elə bir yol ki, qarşıdakı hər il bizə yenidən təbrik etmək, yeni uğurları bölüşmək üçün səbəb verəcək.
Əminəm ki, ildən-ilə Odlar.media-nın oxucu və izləyici auditoriyası daha da genişlənəcək, bu gün təbrik edənlərin sayı sabah daha çox olacaq. Çünki öz sözünü deyən, oxucusuna dəyər verən və operativliyi ilə seçilən media orqanının yolunun uzun olması təbiidir.
Bir yaşın mübarək, Odlar.media!
Qoy hər yeni yaşın əvvəlkindən daha uğurlu, hər yeni ilin daha geniş auditoriyalı, daha böyük nailiyyətlərlə yadda qalsın.
Sizə doğru xəbərin, dürüst sözün və uğurlu yolun davamlı olmasını arzulayıram.
Təbrik edirəm və əminəm ki, bu, Odlar.media üçün çoxsaylı uğur təbriklərinin yalnız ilkidir!

 

Professor, şairə  Rəsmiyyə Sabir

 

Əziz Odlar.media kollektivi! Sizi fəaliyyətinizin ilk ilini uğurla başa vurmağınız münasibətilə ürəkdən təbrik edirəm.
Bir il ərzində siz öz oxucu auditoriyanızı formalaşdırdınız. Müasir informasiya texnologiyaları əsrində, informasiya bolluğu dövründə etibarlılığı qorumaq və ictimai maraqlara xidmət etmək hər media qurumuna nəsib olmur. Bu baxımdan, Odlar.media qısa müddətdə özünəməxsus mövqeyini formalaşdırmağı bacarıb.
Məşhur bir deyim var: “Media cəmiyyətin güzgüsüdür”. Bu güzgünün aydın qalması isə vicdanlı qələm sahiblərinin zəhməti, peşə məsuliyyəti və obyektiv mövqeyi sayəsində mümkündür. İnanıram ki, bu dəyərlər bundan sonra da fəaliyyətinizin əsas istiqaməti olacaq və Odlar.media hər yeni yaşında daha geniş auditoriyanın etimadını qazanacaq.
Sizə bundan sonrakı fəaliyyətinizdə yeni yaradıcı uğurlar və daim artan oxucu sevgisi arzulayıram. Qoy hər yeni xəbəriniz cəmiyyət üçün faydalı olsun. Arzu edirəm ki, qarşıdakı illəriniz böyük uğurların, yeni zirvələrin başlanğıcı olsun. Yolunuz daim işıqlı, sözünüz həmişə kəsərli olsun!
Odlar.media-nın 1 yaşı mübarək olsun!

 

Yazıçı Aysel Fikrət

 

 

Son zamanlar mediya sahəsində laqeydlik dönəminə gəlib yetişmişik. Ətrafda Mədəniyyətə və incəsənətə laqeyd bir sürü adam peyda olub. Bəzi məqamlarda süni intellekt, süni qatqılar nəticəsində sənət sevgisi də öz anlamını itirib.
Halbuki Azərbaycan mədəniyyəti əsrlərdən bəri qaynayan bir çeşmədir. Onu qorumaq, nəsildən-nəslə ötürmək bizim mənəvi borcumuzdur. Bu barədə biz daha mətin və güclü olmalıyıq. Bu müqəddəs missiyanı davam etdirməli, işlədiyimiz, yaşadığımız bütün mövqelərdə onu qorumalıyıq.
Azərbaycan ictimaiyyətində bir çox mədəniyyət saytları hökm sürür. Bəzən reytinq xətrinə illərlə vurğunu olduğumuz sənətkarların sənət sevgisinə xal salmaq üçün elə anlamsız materiallar oxumağa məcbur oluruq ki… Bu, məni məyus edir.
Yalnız həmişə sənətin və sənətkarın yanında olan, əziz Fuad Biləsuvarlının yaratdığı, təsis etdiyi “Odlar Media” saytı istisnadır. O, Azərbaycan sənətinə və sənətkarlarına dəyər verir.
“Odlar Media”nı fərqləndirən əsas cəhət onun sənətə yalnız xəbər mövzusu kimi deyil, mənəvi dəyər kimi yanaşmasıdır. Sənətkarın əməyini, yaradıcılığını, illərlə formalaşdırdığı sənət yolunu diqqətdə saxlayan bu platforma Azərbaycan mədəniyyətinin təbliğinə və qorunmasına öz töhfəsini verir. Belə bir missiyanın yaşadılması, xüsusilə də bu gün sənətə münasibətdə laqeydliyin artdığı bir dövrdə, olduqca qiymətlidir.
Bu günlərdə bir yaşını qeyd edən saytın əməkdaşlarını, başda Fuad Biləsuvarlı olmaqla, təbrik edirəm. Yaradıcılıq uğurları diləyirəm. Uğuru bol olsun!

 

🔥 Odlar.media — 1 yaş!

Bu gün bizi təbrik edən hər bir dəyərli insanın xoş sözü Odlar.media-nın bir illik tarixinin ən gözəl səhifələrindən biridir.
Bu yol sizinlə başladı, sizinlə davam edir.
Bir yaşımız tamam oldu, amma hekayəmiz yenicə başlayır. Qarşıda bizi daha böyük yollar, daha böyük uğurlar və daha böyük hekayələr gözləyir.
Bu hekayənin ən dəyərli adı isə — SİZSİNİZ! ❤️

 

✍️ Təbrikləri hazırladı:

Fuad Biləsuvarlı və Odlar.media-nın yaradıcı heyəti