🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:54   •   🌡️ Bakı

Pezeşkian Xameneinin səhhəti ilə bağlı açıqlama verdi

Odlar.media xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Ali Rəhbər Əli Xameneinin səhhətinin yaxşı olduğunu bildirib.

“Fars”ın məlumatına görə, Pezeşkian bunu siyasi partiya liderləri ilə görüşü zamanı deyib.

İran Prezidenti bir gün əvvəl Əli Xamenei ilə keçirdiyi görüşdən danışaraq, söhbətin məhsuldar keçdiyini qeyd edib.

“Hər şey barədə danışdıq. Onun səhhəti yaxşıdır. Bizimlə yeddi saat danışan birinin səhhətində problem olması gözlənilmir”, – deyə Pezeşkian bildirib.

Pezeşkianın sözlərinə görə, görüş zamanı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb və Xameneinin tövsiyələri dinlənilib.