🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 05:30   •   🌡️ Bakı

Kəpəz” Nigeriya millisinin üzvünü heyətinə qatdı

Odlar.media xəbər verir ki, “Kəpəz” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Klubun mətbuat xidmətinin məlumatına görə, 27 yaşlı nigeriyalı cinah yarımmüdafiəçisi Olabiran Blessinq Muyiva Gəncə təmsilçisinin formasını geyinəcək.
“Benito” ləqəbli futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Onun son klubu Kiprin “Akritas” komandası olub.
Qeyd edək ki, “Kəpəz” yay transfer dönəmində Rojerio Santos (“İroni Tiberias”, İsrail), Vadim Abdullayev (“Karvan-Yevlax”), Azuma Abubakar (“Lustenau”, Avstriya), Urfan Abbasov (“Araz-Naxçıvan”), Kennet Kalunqa (“Mingəçevir”), Viktor Stina (“Zimbru”, Moldova), Hüseyn Babayev (“Baku Sportinq”) və Namiq Ələsgərovu (“Zirə”) da heyətinə cəlb edib.