Odlar.media xəbər verir ki, Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında qeyri-sabit hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bəzi ərazilərdə arabir şimşək çaxır və yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli olub.
Ən çox yağıntı Şahbuzda – 11 mm qeydə alınıb. Gəncədə 6, Daşkəsəndə 5, Kəlbəcərdə 3, Şərurda 2 mm yağıntı düşüb.
Sabirabad, Altıağac, Qusar, Zaqatala, Xaltan (Quba), Culfa, Şuşa, Füzuli, Zəngilan, Gədəbəy, Qax, Kişçay (Şəki), Yevlax, Lerik, Cocuqmərcanlı, Goranboy, Göygöl və Naxçıvanda isə 1 mm yağıntı qeydə alınıb.
Bundan başqa, avqustun 10-da bəzi ərazilərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Naftalanda 20 m/s, Culfada isə 19 m/s təşkil edib.
Milli Hidrometeorologiya Xidmətinin avqustun 11-i üçün proqnozuna əsasən, ölkənin şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı ərazilərdə yağıntının leysan xarakterli intensiv olacağı gözlənilir.
