🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 05:30   •   🌡️ Bakı

Baş prokuror Qubada vətəndaşları qəbul edəcək – Tarix və ünvan açıqlanıb

Odlar.media xəbər verir ki, Baş prokuror Kamran Əliyev avqustun 18-də Qubada vətəndaşlarla görüş keçirəcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, qəbul saat 10:00-da Quba Rayon Prokurorluğunun inzibati binasında keçiriləcək.
Qəbul zamanı Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri iştirak edə biləcəklər.
Vətəndaşların qəbula qeydiyyatı və Qubaya gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar yaşadıqları rayon üzrə prokurorluqlara yazılı və ya şifahi müraciət edə bilərlər.
Bundan əlavə, vətəndaşlar Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki rəsmi səhifələri – Instagram, Facebook və X vasitəsilə qəbula qeydiyyatdan keçə bilərlər.