Odlar.media xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində Azərbaycan vətəndaşları da daxil olmaqla, 113 əcnəbini ölkədən deportasiya edib.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, deportasiya edilən şəxslər arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, Qazaxıstan, Keniya, Çin, Kuba, Nepal, Nigeriya, Pakistan, Rusiya, Tailand, Türkiyə, Türkmənistan, Özbəkistan, Efiopiya və digər ölkələrin vətəndaşları olub.
Məlumata əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən daxil olmasına qadağa qoyulub.
