Odlar.media xəbər verir ki, Saatlı və Ağcabədi rayonlarında qəsdən yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.
Saatlı rayonunun Musalı kəndi ərazisində baş verən yanğınla bağlı aparılan araşdırmalar nəticəsində hadisənin kənd sakini Ş.Cəfərov tərəfindən törədildiyi müəyyən olunub. Yanğın nəticəsində ərazidə quru otlaq sahəsi yanıb.
Faktla bağlı həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülüb.
Oxşar hadisə Ağcabədi rayonunun Poladlı kəndi ərazisində də qeydə alınıb. Polis əməkdaşlarının keçirdiyi araşdırma zamanı yanğının rayon sakini A.Xəlilov tərəfindən törədildiyi müəyyən edilib.
Hadisə nəticəsində 70 sot əkin sahəsi yanıb. A.Xəlilov barəsində də qanunvericiliyə uyğun tədbir görülüb.
