XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:21:06 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Gelencikdə PUA təhlükəsi: Çimərliklər bağlandı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Rusiyanın Krasnodar diyarında yerləşən Gelencik şəhərində avqustun 8-də pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi elan edilib.

“İnterfaks”ın məlumatına görə, şəhərdə hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti fonunda sakinlər və turistlərdən çimərlikləri dərhal tərk etmələri tələb olunub.

Gelencik şəhərinin rəhbəri Aleksey Boqodistov bildirib ki, Gelencik, Kabardinka və Divnomorsk kənd dairələrində bütün çimərliklərin fəaliyyəti dayandırılıb.

Bundan əvvəl şəhər ərazisində səmada partlayış səslərinin eşidildiyi barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, avqustun 3-də Gelencik yaxınlığındakı Arxipo-Osipovka qəsəbəsində çimərlik ərazisinə PUA düşməsi nəticəsində 7 nəfər, o cümlədən 3 uşaq həlak olub, 40-dan çox insan yaralanıb.

Hadisədən sonra Gelencik hava limanında da müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilmişdi.

Etiketlər: