XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:21:06 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan birgə müdafiə sazişi imzalayacaq

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə sazişinin imzalanması nəzərdə tutulur.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına səfəri çərçivəsində ölkənin vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şəriflə üçtərəfli görüş keçirəcək.
Bildirilir ki, görüş zamanı regional təhlükəsizlik, dənizdə mövcud təhdidlər, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi və İran ətrafındakı son vəziyyət müzakirə olunacaq.
Görüşün yekununda Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə sazişinin imzalanacağı gözlənilir.

Etiketlər: