🌐 Keçmişin izi, gələcəyin sözü
26 Avqust 2026, saat 08:19   •   🌡️ Bakı

FHN-dən küləkli hava ilə bağlı çimərliyə gedənlərə vacib xəbərdarlıq

Odlar.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda və Abşeron yarımadasında müşahidə olunacaq küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirliyin yaydığı məlumata görə, gün ərzində küləkli hava şəraitinin davam edəcəyi nəzərə alınaraq, vətəndaşlara belə havada dənizə girməyin təhlükəli olduğu bir daha xatırladılıb.
FHN əhalini mümkün risklərdən qorunmaq üçün təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və küləkli hava şəraitində dənizə daxil olmamağa çağırıb.