🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:59   •   🌡️ Bakı

Şirvan kanalında bərpa işləri başa çatdı – Bir neçə rayona suyun verilişi bərpa olundu

Odlar.media xəbər verir ki, Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən və sızma qeydə alınan hissəsində aparılan təmir-bərpa işləri tam yekunlaşıb.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, görülən işlər nəticəsində Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarına suyun verilişi artıq bərpa edilib.
Məlumata görə, Hacıqabul, Ağsu, Kürdəmir və Şamaxı rayonlarının su təminatı isə sabah axşam saatlarınadək mərhələli şəkildə bərpa olunacaq. Bütün ərazilərə tam həcmdə suyun verilməsinin isə avqustun 7-si səhər saatlarından etibarən təmin ediləcəyi qeyd olunub.
Agentlikdən bildirilib ki, hadisə baş verən andan etibarən əraziyə xüsusi texnika və canlı qüvvə cəlb olunaraq təmir işlərinə dərhal başlanılıb. Operativ tədbirlər nəticəsində bənd qısa müddətdə bərpa edilib və suyun verilişi mərhələli şəkildə təmin olunub.
Qurum, həmçinin qeyd edib ki, təmir işləri dövründə sakinlərin su təminatında yaranan müvəqqəti fasilənin aradan qaldırılması məqsədilə sözügedən ərazilərə su maşınları göndərilib və vətəndaşların içməli suya tələbatı təmin edilib.