XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:21:17 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Lənkəranda iki avtomobil toqquşdu: Üç nəfər xəsarət aldı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Lənkəranın Liman qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı istiqamətində hərəkətdə olan “Kia Ceed” markalı avtomobillə qarşı istiqamətdən gələn “Opel” markalı avtomobilin toqquşması nəticəsində qeydə alınıb.
Qəza zamanı “Kia” markalı avtomobildə olan Cəlilabad rayon sakinləri – Şahbazov Vüsal Seymur oğlu, Heydərov Sadiq Əlizamin oğlu və Əliyev Adil Camal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq müalicəyə yerləşdiriliblər.
Yaralıların bildirdiyinə görə, qəzanın baş verməsinə “Kia” markalı avtomobilin sürücüsünün hərəkətdə olarkən mobil telefonla yazışması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.

Etiketlər: