Odlar.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bəyan edib.
Tramp Fox News telekanalına müsahibəsində bildirib ki, tərəflər ötən gün növbəti danışıqları keçiriblər və müzakirələr olduqca müsbət atmosferdə baş tutub.
ABŞ prezidentinin sözlərinə görə, Hörmüz boğazının yaxın vaxtlarda yenidən açılması mümkündür. O, eyni zamanda xəbərdarlıq edib ki, İran mümkün razılaşmadan imtina edərsə, bunun çox ağır nəticələri ilə üzləşəcək.
Bununla yanaşı, Axios nəşrinin yaydığı məlumata əsasən, ABŞ və İran Omanın vasitəçiliyi ilə Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutan müvəqqəti razılaşmanın əldə olunmasına yaxınlaşıblar.
Lakin İranın dövlət mediası bildirib ki, Vaşinqton təhdid xarakterli bəyanatlarını davam etdirdiyi müddətdə belə bir razılaşmanın imzalanması gecikə bilər.
