Odlar.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti avqustun 5-nə gözlənilən hava şəraitini açıqlayıb.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal-şərq küləyi axşam saatlarında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Paytaxtda havanın temperaturu gecə saatlarında 22-25° isti, gündüz isə 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubətin gecə 70-75 faiz, gündüz isə 40-50 faiz olacağı proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bununla belə, gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimal edilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturunun gecə 21-26° isti, gündüz 34-39° isti, dağlıq ərazilərdə isə gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
