Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bildirib və prosesin nəticələrinin yaxın 48 saat ərzində bəlli olacağını açıqlayıb.
Donald Tramp Los-Ancelesdə jurnalistlərə açıqlamasında Tehranla dialoqun müsbət məcrada davam etdiyini vurğulayıb.
ABŞ Prezidenti danışıqların “çox yaxşı getdiyini” bildirərək, yaxın iki gün ərzində yekun nəticələrin açıqlanacağını qeyd edib.
Xatırladaq ki, Vaşinqtonun bu gün Hörmüz boğazının açılması ilə bağlı İran və Oman arasında əldə olunan müvəqqəti razılaşmaları elan etməsi planlaşdırılır.
Oxundu: 36
