🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:55   •   🌡️ Bakı

Zelenski Rusiyaya qarşı yeni əməliyyatların başladığını elan etdi

Odlar.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Təhlükəsizlik Xidmətinin Rusiyanı zəiflətməyə yönəlmiş yeni əməliyyatlar həyata keçirəcəyini açıqlayıb.
Zelenski bu barədə Teleqram hesabında paylaşım edərək Ukrayna Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyatların nəticələri ilə bağlı hesabat aldığını bildirib.
“Rusiyanın təcavüzünə qarşı əməliyyatlarımızla bağlı hesabat təqdim olundu. Ukrayna Təhlükəsizlik Xidmətinin yaxşı nəticələri var və bu gün mən yeni əməliyyatları təsdiqlədim”, – deyə dövlət başçısı qeyd edib.
Qeyd edək ki, avqustun 4-də Prezident Vladimir Zelenskinin göstərişi ilə həyata keçirilən və Rusiyanın hərbi potensialını zəiflətməyə yönəlmiş 40 günlük əməliyyat başa çatıb.