🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:55   •   🌡️ Bakı

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən ayrıldı

Odlar.media xəbər verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Nuridə Rafiq qızı Məmmədova tutduğu vəzifədən azad olunub.
Məlumata görə, Nuridə Məmmədova yaşayış yerini dəyişdiyi üçün öz istəyi ilə yazdığı ərizə əsasında vəzifəsindən ayrılıb.
Nuridə Məmmədova səhiyyə sahəsində uzun illər müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 2017–2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022–2025-ci illərdə Lənkəran RMX Regional Perinatal Mərkəzinin rəhbəri olub. 2025-ci ildə isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında cərrahi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.
Nuridə Məmmədova 2025-ci ilin avqust ayından etibarən Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru vəzifəsini icra edirdi.