XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:21:34 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Xətai rayonunun bir neçə küçəsində qaz təchizatında müvəqqəti fasilə yaranıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, bu gün saat 11:30-dan etibarən Bakı şəhərinin Xətai rayonunda yerləşən Məhəmməd Hadi, Xudu Məmmədov, Kazım Kərimov və Cavanşir küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranıb.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması aşkar edilmiş qaz sızmasının aradan qaldırılması məqsədilə həyata keçirilir.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilərə təbii qazın verilməsi yaxın saatlarda bərpa ediləcək.

Etiketlər: