Odlar.media xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) katibi Rüstəm Umerovun Ukrayna Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəhbəri təyin olunacağı iddia edilir.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski Rüstəm Umerovun Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik etməsi ilə bağlı qərar verməyi planlaşdırır.
Bildirilir ki, bu barədə “Ukrainska Pravda” nəşri məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, hazırda daxili işlər naziri vəzifəsini icra edən İqor Klimenko Rüstəm Umerovun yerinə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsinə təyin oluna bilər.
