Odlar.media xəbər verir ki, avqustun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, şimal-şərq küləyi günün ikinci yarısında istiqamətini dəyişərək cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə saatlarında 23-26, gündüz isə 31-36 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunu səviyyəsində, yəni norma daxilində olacaq. Nisbi rütubətin gecə 70-75 faiz, gündüz isə 45-50 faiz olacağı gözlənilir.
Ölkənin rayonlarında da əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bununla belə, gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimal edilir. Gecə və səhər bəzi dağlıq rayonlarda arabir duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 22-26, gündüz 33-38 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 15-20, gündüz 23-28 dərəcə isti proqnozlaşdırılır.
