🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 05:31   •   🌡️ Bakı

Bakıda iki nəfər hündürmərtəbəli binadan yıxılaraq həyatını itirib

Odlar.media xəbər verir ki, Bakıda hündürmərtəbəli yaşayış binalarında baş verən iki ayrı hadisə ölümlə nəticələnib.
Məlumata görə, avqustun 1-i saat 07:00 radələrində 2007-ci il təvəllüdlü Kənan Ömər oğlu İbrahimli paytaxtın C.Xəndan küçəsində yerləşən 42A nömrəli binada yaşayan xalasının mənzilinin pəncərəsindən yıxılıb. O, 18-ci mərtəbədən yıxılması nəticəsində hadisə yerində həyatını itirib.
Bənzər hadisə avqustun 3-ü gecə saat 01:00 radələrində Nizami rayonunda qeydə alınıb. Şabran rayon sakini, 2006-cı il təvəllüdlü Aytac Rauf qızı Baxşiyeva kirayədə yaşadığı Özbəkistan küçəsi 7 ünvanındakı binanın 133 nömrəli mənzilinin eyvanından yıxılıb. Gənc qadın 20 mərtəbəli binanın 20-ci mərtəbəsindən yıxılması nəticəsində həyatını itirib.
Hər iki faktla bağlı aidiyyəti rayon prokurorluqlarında araşdırma aparılır.