🌐 Keçmişin izi, gələcəyin sözü
26 Avqust 2026, saat 07:24   •   🌡️ Bakı

Seymur Məmmədov: “Çempionlar Liqasında qrupda qalmaq bizim üçün uğur deyil”

Odlar.media xəbər verir ki, “Zirə” minifutbol komandasının baş məşqçisi Seymur Məmmədov komandanın qarşıdakı UEFA Minifutbol Çempionlar Liqası mövsümü ilə bağlı hədəflərini açıqlayıb.

Mütəxəssis bildirib ki, komanda yeni mövsümün hazırlıqlarına gələn həftədən başlayacaq. Onun sözlərinə görə, heyətdə müəyyən dəyişikliklərin edilməsi planlaşdırılır və hazırda bir sıra futbolçularla danışıqlar aparılır.

Seymur Məmmədov vurğulayıb ki, “Zirə” hər bir turnirdə yalnız çempionluq məqsədi ilə mübarizə aparır.

“Hər bir yarışa yalnız çempionluq üçün çıxırıq. Bu il də hədəfimiz eynidir. “Zirə”nin adı artıq birincilik uğrunda oynamaq deməkdir. Ölkə çempionu olub, Çempionlar Liqasında qrup mərhələsində qalmaq bizim üçün yaxşı nəticə sayılmaz”, – deyə baş məşqçi bildirib.

Qeyd edək ki, “Zirə” minifutbol komandası daha əvvəl UEFA Minifutbol Çempionlar Liqasında üçüncü yeri tutmaqla uğurlu nəticəyə imza atıb.