Odlar.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Ukraynanın hərbi məqsədlər üçün istifadə olunduğu bildirilən nəqliyyat infrastrukturuna zərbələr endirməyə davam etdiyini açıqlayıb.
Nazirliyin yaydığı məlumata əsasən, Rusiya Silahlı Qüvvələri Qara dənizdə hərbi yük daşıdığı iddia edilən üç quru yük gəmisinə zərbə endirib.
Bildirilib ki, Nikolayev limanında Ukrayna Silahlı Qüvvələri üçün hərbi təchizat daşıdığı iddia olunan daha bir quru yük gəmisi də hədəfə alınıb.
Qeyd edək ki, məlumat yalnız Rusiya Müdafiə Nazirliyi tərəfindən yayılıb və onun müstəqil mənbələr tərəfindən təsdiqləndiyinə dair məlumat yoxdur.
