XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:07:55 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

ATƏT-in fəaliyyətdə olan sədri gələn həftə Azərbaycana səfər edəcək

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, İsveçrə Federal Şurasının üzvü və ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis avqustun 4-5-də Azərbaycan və Türkmənistana səfər edəcək.
İsveçrə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli münasibətlər, Cənubi Qafqazda sülh prosesi, eləcə də İsveçrənin ATƏT-in 2026-cı il sədrliyi çərçivəsində Mərkəzi Asiyadakı fəaliyyəti əsas müzakirə mövzuları olacaq.
Qeyd olunub ki, bu səfər ATƏT sədrinin regional turunun ilk mərhələsidir. Regional turun bu ilin payızında Ermənistan və Gürcüstana planlaşdırılan səfərlərlə davam etdirilməsi nəzərdə tutulur.

Etiketlər: