🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 08:35   •   🌡️ Bakı

Sabah Bakıda 36°, rayonlarda isə 39°-dək isti olacaq

Odlar.media xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, şimal-qərb küləyi gündüz saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25°, gündüz isə 31-36° isti olacaq. Atmosfer təzyiqinin 769 mm civə sütunu, nisbi rütubətin isə gecə 70-75%, gündüz 50-55% təşkil edəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bununla belə, gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 22-26°, gündüz 34-39° isti, dağlıq ərazilərdə isə gecə 15-20°, gündüz 23-28° isti təşkil edəcək.