Odlar.media xəbər verir ki, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, tanınmış muğam bilicisi və xanəndə, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Aqil Məlikovun səhhətində ciddi problemlər yaranıb.
Məlumata görə, sənətkarın vəziyyəti ağır qiymətləndirilir. O, ürək əməliyyatı olunması üçün paytaxtdakı özəl tibb müəssisələrindən birinə yerləşdirilib.
Hazırda Aqil Məlikov həkimlərin nəzarəti altında müalicə alır və üzərində zəruri tibbi prosedurlar həyata keçirilir. Bildirilir ki, yaxın günlərdə onun ürək əməliyyatı keçirəcəyi gözlənilir.
Qeyd edək ki, Aqil Məlikov Azərbaycan muğam sənətinin tanınmış nümayəndələrindən biridir. O, uzun illərdir Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir və milli musiqi irsinin qorunması, təbliği və gənc ifaçıların yetişdirilməsi istiqamətində mühüm xidmətləri ilə tanınır.
