🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:55   •   🌡️ Bakı

Şamaxıda oğul atasını bıçaqlayıb, saxlanılıb

Odlar.media xəbər verir ki, Şamaxı rayonunda ailə-məişət mübahisəsi qanlı hadisə ilə nəticələnib.
Hadisə rayonun Sabir qəsəbəsində baş verib. İlkin məlumata görə, 37 yaşlı Anar Ağayev ailə münaqişəsi zəminində atası, 67 yaşlı Məmməd Ağayevə kəsici alətlə xəsarət yetirib.
Hadisədən sonra polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Anar Ağayev saxlanılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.