XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:34:16 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bakıda boks məşqçiləri üçün növbəti seminar keçiriləcək

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Bakıda boks məşqçiləri üçün növbəti ixtisasartırma seminarı təşkil olunacaq.
Azərbaycan Boks Federasiyasının məlumatına görə, bu il ikinci dəfə keçiriləcək təlimlərə beynəlxalq boks dərsliyinin müəllifi, təcrübəli polşalı mütəxəssis Adam Kusior rəhbərlik edəcək.
Seminar Bakı Boks Mərkəzində əsasən yerli gənc məşqçilər üçün nəzərdə tutulub. Təlim zamanı boks qaydalarındakı son dəyişikliklər, onların düzgün tətbiqi və məşq prosesinin daha səmərəli təşkili ilə bağlı nəzəri və praktiki məşğələlər keçiriləcək.
Avqustun 3-9-da baş tutacaq seminarın sonunda iştirakçılar imtahan verəcəklər. Təlimlərə 30-dək məşqçi qatılacaq və imtahandan uğurla keçən iştirakçılara sertifikatlar təqdim ediləcək.

Etiketlər: