Odlar.media xəbər verir ki, “Space TV”də yeni televiziya layihələrinin hazırlanması istiqamətində işlər aparılır.
Bu barədə telekanalın baş direktoru Ayaz Mustafayev “Real TV”də yayımlanan “Media masası” verilişində danışıb.
O bildirib ki, telekanalın kontent siyasətinin yenilənməsi nəzərdə tutulur və bu çərçivədə əvvəlki uğurlu layihələrin müasir formatda yenidən hazırlanması planlaşdırılır.
“Kontentlə bağlı planlar var. Köhnə layihələr əsasında daha müasir, gənc auditoriyanın maraq göstərə biləcəyi layihələr üzərində iş gedir”, – deyə Ayaz Mustafayev qeyd edib.
Baş direktorun sözlərinə görə, yeni televiziya layihələrinin sentyabrın sonu – oktyabrın əvvəllərində tamaşaçılara təqdim edilməsi nəzərdə tutulur.
O, həmçinin vaxtilə “Space TV”nin populyar layihələri olmuş “Çardaq” və “Mən də varam” verilişlərinin yenidən efirə qaytarılmasının planlaşdırıldığını da açıqlayıb.
