🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 09:26   •   🌡️ Bakı

Gürcüstan 96 nəfəri deportasiya etdi: Azərbaycan vətəndaşları da siyahıdadır

Odlar.media xəbər verir ki, Gürcüstan son günlər ölkədə qanunsuz yaşayan 96 xarici vətəndaşı deportasiya edib.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, deportasiya edilən şəxslər arasında Azərbaycan, Rusiya, Türkiyə, Türkmənistan, Özbəkistan və digər ölkələrin vətəndaşları da var. Miqrasiya qaydalarını pozduqları müəyyən edilən həmin şəxslərin gələcəkdə Gürcüstana girişinə qadağa tətbiq olunub.
Qurumdan bildirilib ki, ölkədə sənədsiz və ya müvafiq icazə olmadan yaşayan əcnəbilərə qarşı nəzarət tədbirləri daha da gücləndirilib. Qanunvericiliyə edilən son dəyişikliklər nəticəsində miqrasiya qaydalarını pozan xarici vətəndaşların aşkarlanması və deportasiya prosedurlarının həyata keçirilməsi sadələşdirilib.