Odlar.media xəbər verir ki, dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti kəskin bahalaşıb.
Məlumata görə, Azərbaycan neftinin bir barelinin qiyməti 6,97 ABŞ dolları və ya 7,64 faiz artaraq 98,19 ABŞ dollarına yüksəlib. Əvvəlki ticarət sessiyasında isə bu göstərici 91,22 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı neftin bir bareli üçün orta qiymət 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Hazırkı bazar qiyməti büdcədə proqnozlaşdırılan göstəricidən xeyli yüksəkdir.
