Odlar.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyulun 30-na Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı proqnozu açıqlayıb.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gün ərzində küləyin arabir güclənəcəyi ehtimal olunur.
Paytaxtda havanın temperaturu gecə 24-26, gündüz isə 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz isə 50-55 faiz səviyyəsində dəyişəcək.
Ölkənin rayonlarında da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 21-26, gündüz 35-39 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 15-20, gündüz 23-28 dərəcə isti təşkil edəcək.
