🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 08:30   •   🌡️ Bakı

Bu ilin ilk yarısında 305 nəfər readmissiya çərçivəsində Azərbaycana qaytarılıb

Odlar.media xəbər verir ki, cari ilin ilk altı ayı ərzində readmissiya sazişləri çərçivəsində 305 nəfər Azərbaycana geri qəbul edilib.
Bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən tədbirdə məlumat verib.
Onun sözlərinə görə, 2014-cü ildən indiyədək readmissiya sazişləri çərçivəsində ümumilikdə 3 990 nəfər Azərbaycana geri qəbul olunub.
DMX rəisi bildirib ki, 2026-cı ilin ilk altı ayı ərzində 205 şəxslə bağlı göndərilmiş 138 readmissiya sorğusu müsbət cavablandırılıb.
Vüsal Hüseynov əlavə edib ki, avqust ayında çarter reysi vasitəsilə növbəti readmissiya prosesinin həyata keçirilməsi planlaşdırılır.