Odlar.media xəbər verir ki, iyulun 28-də Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı, Şuranın sədri Faiq Qürbətovun sədrliyi ilə keçirilən iclasda şura üzvləri, icra hakimiyyəti aparatının əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
İclasın gündəliyində duran məsələ barədə ətraflı məlumat verən Faiq Qürbətov daha sonra sözü Rayon İcra Hakimiyyəti aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Elşən Astanova verib. İclasda onun “Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı aparatına 2026-cı ilin ilk altı ayı ərzində daxil olan vətəndaş müraciətlərinə baxılması sahəsində görülmüş işlər barədə” hazırladığı arayış dinlənilib.
Müzakirələr zamanı şura üzvləri gündəlikdəki məsələ ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov vətəndaş müraciətlərinə baxılması sahəsində qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi məqsədilə aidiyyəti struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verib.
Sonda müzakirələr zamanı səsləndirilən təkliflər nəzərə alınmaqla Şura iclasının müvafiq qərarı qəbul edilib.




Mənbə: Odlar.media
