🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 07:55   •   🌡️ Bakı

Bakıda və Abşeron yarımadasında sabah hava əsasən yağmursuz keçəcək

Odlar.media xəbər verir ki, iyulun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə saatlarında 23–25°, gündüz isə 31–36° isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubətin gecə 70–80 faiz, gündüz isə 40–50 faiz olacağı gözlənilir.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Ayrı-ayrı dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 22–27°, gündüz 35–39°, bəzi ərazilərdə isə 40°-dək isti olacaq. Dağlıq rayonlarda gecə 15–20°, gündüz isə 25–30° isti proqnozlaşdırılır.