XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:33:47 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Azərbaycanda sığorta bazarı böyüyüb, ödənişlərin həcmi isə daha sürətlə artıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin topladığı sığorta haqlarının ümumi həcmi 867,4 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,16 faiz artıb.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin ümumi məbləği isə 549,7 milyon manata çatıb. Bu isə illik müqayisədə 27,18 faiz artım deməkdir.
Məlumata əsasən, ilin ilk altı ayında sığorta bazarında zərərlilik səviyyəsi də yüksəlib. Belə ki, hesabat dövründə toplanan hər 100 manat sığorta haqqının 63,4 manatı ödəniş kimi qaytarılıb. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat təşkil etmişdi.

Etiketlər: