Odlar.media xəbər verir ki, Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində qeydə alınıb.
İlkin məlumata görə, Emin Samir oğlu Eminovun idarə etdiyi avtomobil yolu keçmək istəyən piyada Həsənbala Fəxrəddin oğlu Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb, hadisənin başvermə səbəbləri araşdırılır.
