🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:10   •   🌡️ Bakı

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli AYB sədri Anarla görüşdü: Ədəbiyyat və kino sahəsində əməkdaşlıq müzakirə olundu

 

Odlar.media xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 27-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirib.
Görüş zamanı ölkədə ədəbi prosesin inkişafı, müasir Azərbaycan ədəbiyyatının dəstəklənməsi, kitabxana işinin təkmilləşdirilməsi, mütaliə mədəniyyətinin təşviqi, gənc yazarların yaradıcılıq imkanlarının genişləndirilməsi və bu istiqamətdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər həmçinin dövlət sifarişi ilə çəkilən filmlər üçün ədəbi əsərlərin seçilməsi, ssenarilərin hazırlanması, Azərbaycan ədəbiyyatının daha geniş təbliği, eləcə də görkəmli Azərbaycan ədiblərinin həyat və yaradıcılığına həsr olunan filmlərin istehsalı ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüşdə vurğulanıb ki, dövlət qurumları ilə ictimai institutlar arasında əməkdaşlığın daha da gücləndirilməsi milli ədəbiyyatın inkişafına, mədəni irsin qorunmasına və cəmiyyətin mədəni həyatının zənginləşdirilməsinə mühüm töhfə verəcək.

Hazırladı: Odlar.media