XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:15:16 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Çikaqoda atışma: Altı nəfər yaralandı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində naməlum şəxslər arasında baş verən silahlı insident nəticəsində 6 nəfər yaralanıb.
Xarici KİV-in məlumatına görə, yaralananlardan 2-si qadın, 4-ü isə kişidir. Zərərçəkənlər dərhal xəstəxanalara çatdırılıb. Həkimlərin ilkin qiymətləndirməsinə əsasən, onların həyatına təhlükə yoxdur.
Çikaqo Polis İdarəsi bildirib ki, hadisə şəhərin Qumboldt-Park ərazisində qeydə alınıb. Atışmanın motivi və iştirakçıları hələlik müəyyən edilməyib. Hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, ötən gün ABŞ-ın Sietl şəhərində yerləşən “Seattle Center” ərazisində keçirilən qida festivalı zamanı da silahlı insident baş vermişdi. Həmin hadisə nəticəsində 3 nəfər ölüb. İki nəfər arasında baş verən atışmada şübhəlilərdən biri saxlanılıb, digərinin isə axtarışları davam edir.

Etiketlər: