Odlar.media xəbər verir ki, ötən gün Sumqayıt şəhərinin Corat qəsəbəsində dənizdə boğularaq həyatını itirən Ümid Taməddin oğlu Hüseynlinin Qubadlı Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışdığı məlum olub.
Məlumata görə, Ümid Hüseynli əslən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Külüs kəndindən olub. Onun atası Taməddin Hüseynov 3 saylı Babək–Şahbuz–Kəngərli Dairə Seçki Komissiyasının sədridir.
Bildirilib ki, Ümid Hüseynli prokurorluq orqanlarına qəbul imtahanında yüksək nəticə göstərərək Qubadlı Rayon Prokurorluğunda müstəntiq vəzifəsinə təyin edilmişdi.
