Sosial Bakıda iki avtobus marşrutu müvəqqəti olaraq yeni daşıyıcılara verildi 27 İyul 2026 • 12:33 • Odlar MEDİA • 👁 10 baxış Mətn: A− A A+ Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt Bağlantını kopyala Başlığı kopyala Çap et Odlar.media xəbər verir ki, Bakı şəhərində fəaliyyət göstərən 161 və 162 nömrəli avtobus marşrutlarının istismarı müvəqqəti olaraq yeni daşıyıcı şirkətlərə həvalə edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata görə, qərar əvvəlki daşıyıcı “Azland Plaza” MMC-nin hər iki şəhərətrafı marşrut üzrə fəaliyyətini dayandırması ilə əlaqədar sərnişindaşımanın fasiləsiz təmin edilməsi məqsədilə qəbul olunub. Bildirilib ki, bu gündən etibarən 161 nömrəli marşrutun istismarı müvəqqəti olaraq “Çinar Trans” MMC-yə, 162 nömrəli marşrutun istismarı isə “Xaliq Faiqoğlu” MMC-yə həvalə edilib. Qeyd edək ki, 161 nömrəli marşrut Hövsan qəsəbəsi – Suraxanı qəsəbəsi, 162 nömrəli marşrut isə Ramana Yaşayış Kompleksi – “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində sərnişinlərə xidmət göstərir. AYNA-nın məlumatına əsasən, hər iki marşrut yaxın günlərdə müsabiqəyə çıxarılacaq. REKLAMPR məqalənizi Odlar MEDİA-da yerləşdirinƏTRAFLI BAX →