Odlar.media xəbər verir ki, ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində bir nəfərin batması ilə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunublar.
Hazırda 1993-cü il təvəllüdlü İbrahimov Orxan Feyruz oğlunun batdığı ehtimal edilən istiqamətlərdə intensiv axtarış işləri aparılır. FHN axtarışların nəticəsi ilə bağlı əlavə məlumat veriləcəyini bildirib.
