Odlar.media xəbər verir ki, Rumıniyanın hava məkanını pozan naməlum hava hədəfi daha sonra Ukrayna istiqamətinə yönələrək həmin ölkə ərazisində partlayıb.
Rumıniya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 27-də Silahlı Qüvvələrin radiolokasiya müşahidə sistemi Sulina şəhərinin şərqində naməlum hava hədəfini aşkar edib. Vəziyyətə operativ reaksiya vermək məqsədilə Feteşti şəhərində yerləşən 86-cı aviabazadan saat 08:53-də iki F-16 qırıcı təyyarəsi havaya qaldırılıb.
Nazirlik bildirib ki, hava hədəfi qısa müddət Rumıniyanın hava məkanında olduqdan sonra sərhədi keçərək Ukrayna istiqamətində hərəkət edib. Bundan az sonra Ukrayna ərazisində partlayışlar qeydə alınıb.
Rumıniya Müdafiə Nazirliyi hadisə ilə bağlı araşdırmaların davam etdiyini, yeni məlumatlar əldə olunduqca ictimaiyyətə əlavə açıqlamaların veriləcəyini bildirib.
